Türkiyə Erməni Vəqfləri Birliyinin sədri Bedros Şirinoğlu “Disney+” rəqəmsal yayım platformasının “Atatürk” serialını yayımlamamağa dair verdiyi qərarını qınayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, bu qərarın ABŞ-dakı erməni lobbisinin təzyiqi altında baş verdiyini vurğulayıb.
B.Şirinoğlu erməni lobbisini Türkiyə-Ermənistan normallaşma prosesini dəstəkləməyə və məsuliyyətli davranmağa çağırıb.
"Türkiyə erməni icması demokratik zehniyyət, qarşılıqlı hörmət və tolerantlıq, ifadə azadlığı baxımından bu addımı son dərəcə ziddiyyətli hesab edir. Çünki açıq-aydın görünür ki, sənət və bədii istehsal amilləri cəmiyyətlər arasında dialoq və empatiya üçün zəmin yarada bilər. Türkiyənin erməni icması bu münasibətin ölkəmizin dəyərləri və dövlətimizin zəmanəti altında birgə yaşamaq ənənəmizə uyğun gəlmədiyinə inanır”, - deyə B. Şirinoğlunun bəyanatında deyilir.