Türkiyə ilə Estoniya arasında Müdafiə Sənayesi Sazişi imzalanıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Sazişi iki ölkənin nazirləri - Yaşar Gülər və Hanno Pevkur imzalayıb.
Həmçinin Türkiyə-Estoniya müdafiə sənayesindəki iş birliyinə aid protokolu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün və Estonisya Müdafiə İnvestisiyaları Mərkəzinin (ECDI) baş direktoru Magnus Valdemar Saar imzalayıb.