Türkiyədə 2-ci Ordu komandanı, ordu generalı Metin Gürak Baş Qərargah rəisi təyin edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla bağlı qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ali Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.
Bundan əlavə, Quru Qoşunları Komandanlığına Baş Qərargahın 2-ci rəisi general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri Komandanlığına isə Döyüşçü Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu təyin edilib.
Ali Hərbi Şuranın qərarı ilə 30 avqust 2023-cü il tarixindən etibarən 32 general və admirala bir üst rütbə, 63 polkovnikə isə general və admiral rütbəsi verilib.