Bank Of Baku

Türkiyə parlamenti oktyabrda İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərar verəcək

Türkiyə parlamenti oktyabrda İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərar verəcək
# 28 iyul 2023 17:55 (UTC +04:00)

Türkiyə İsveçin NATO-ya üzv olması üçün bu ölkənin terrorla mübarizədə lazımi bütün addımları atmasını gözləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı Macarıstanla koordinasiyalı şəkildə hərəkət edir.

Nazir, əlavə edib ki, NATO-ya üzv olacaq ölkələrin terrorla mübarizə aparmaqları vacibdir. Onun sözlərinə görə, Türkiyə öz tələblərini NATO-nun Vilnüs Zirvəsi çərçivəsində bir daha İsveçə və alyans daxilində tərəfdaşlara çatdırıb və nəticədə Türkiyə Böyük Millət Məclisi oktyabr ayında bu məsələ ilə bağlı yekun qərar qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR