Türkiyə Yunanıstanla münasibətlərin normallaşma prosesi və dialoqun davam etdirilməsini istəyir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Hatayda yunanıstanlı həmkarı Nikolaos Panagiotopoulos ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bunun üçün hər zaman addımlar atıb: “Davamlı əməkdaşlığın təmini ilə Egey və Aralıq Dənizinin dostluq dənizi olmasını istəyirik. Bununla da, istəyimiz Türkiyə və Yunanistan xalqlarının təhlükəsiz yaşamasıdır”.
Bundan əlavə, Akar Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdiyi dəstəyə görə həmkarına və Yunanıstana təşəkkür edib.