Türkiyədə elektron səsvermə sistemi tətbiq edilə bilər.
APA “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurum elektron səsvermənin tətbiqi məsələsini hələ 2014-cü ildə tədqiq etməyə başlayıb. Onlayn səsvermə sistemi digər ölkələrin təcrübəsindən istifadə olunaraq, Türkiyədə də tətbiq oluna bilər.
Yener onu da əlavə edib ki, bu istiqamətdə konkret işlərə gələn yazında keçiriləcək bələdiyyə seçkilərindən sonra başlanılacaq:
“2028-ci ildə və ya ondan sonra keçiriləcək ümumxalq seçkilərində elektron səsvermə sistemi tətbiq olunacaq, bu qaçılmazdır".