Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkilərində cəmi 64 milyon 113 min 941 seçicinin səsvermə hüququ olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener bildirib.
O qeyd edib ki, seçkilərdə ilk dəfə səs verəcək seçicilərin sayı 4 milyon 904 min 672 nəfərdir.
Əlavə olunub ki, prezident seçkilərində seçici iştirakı 100 faiz olarsa, prezident ilk turda 32 milyon 56 min 971 səslə seçilə bilər.