Türkiyədə oğurluqda şübhəli bilinən 8 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyə polisinin Ankarada eyni vaxtda keçirdiyi əməliyyat zamanı evlərdən oğurluq etməkdə şübhəli bilinən 8 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərdən 6 min Türkiyə lirəsi, 50 min lirə dəyərində qızıl-zinət əşyaları, eləcə də saxta pasportlar müsadirə edilib.
Gürcüstan vətəndaşlarının saxta pasportlarla tez-tez kimliklərini dəyişdirdikləri və müxtəlif adlar altında fəaliyyət göstərdikləri qeyd olunub.
Faktla bağlı cinayət işi başlanılıb.