Bank Of Baku

Türkiyədə sərnişin avtobusu 50 metr hündürlükdən aşdı, ölənlərin və yaralıların sayı açıqlanıb - FOTO - YENİLƏNİB - 3

Türkiyədə sərnişin avtobusu 50 metr hündürlükdən aşdı, ölənlərin və yaralıların sayı açıqlanıb - FOTO  - YENİLƏNİB - 3
# 30 iyul 2023 16:05 (UTC +04:00)

Türkiyədə Qars valisi Türker Öksüz bildirib ki, qəza nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

APA xəbər verir ki, Türkiyə ədliyyə naziri Yılmaz Tunç Qarsda hərəkətdə olan sərnişin avtobusunun şarampole aşması nəticəsində 7 nəfərin həyatını itirdiyi, 22 nəfərin yaralandığı qəza ilə bağlı sosial media hesabından paylaşım edib.

Tunc deyib:

"Qarsda baş verən yol qəzasında həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Lazımi məhkəmə istintaqına başlanılıb. Əziz millətimə başsağlığı diləyirəm."

***

11:39

Türkiyənin Qars bölgəsində 50 metr hündürlükdən aşan sərnişin avtobus ölənlərin sayı açıqlanıb.

APA TRT Haberə-ə istinadən xəbər verir ki, ilkin məlumata görə 5 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

***

10:48

Türkiyədə qəzaya düşən avtobusdan yaralıların çıxarılması üçün qruplar çalışır.

APA “Anadolu Ağentliyi”nə istinadən bildirir ki, avtobus təxminən 50 metr hündürlükdən aşıb.

***

10:25

Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu yoldan aşıb.

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Çoxlu sayda ölən və yaralananın olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR