Paşha Bank
Bank Of Baku

Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB

Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB
# 04 oktyabr 2026 12:40 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynanın paytaxtına hücumlarını intensivləşdirdiyi bir vaxtda Kiyevə səfər edib.

APA “Sky News”a istinadən xəbər verir ki, Rusiya qüvvələri son günlər Kiyevin mühüm infrastruktur obyektlərini, o cümlədən Dnepr çayı üzərindəki körpüləri hədəfə alıb. Şimal körpüsünə endirilən son zərbə nəticəsində yol örtüyü və elektrik xətləri zədələnib, nəqliyyatın hərəkəti dayandırılıb.

***

09:12

Almaniya kansleri Fridrix Merts əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir.

APA UNIAN-a istinadən xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.

“Rusiya müharibəni dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək”, – Merts Kiyevə çatdıqdan sonra bildirib.

DPA-nın məlumatına görə, Almaniya yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinə Rusiya dronlarına qarşı istifadə üçün minlərlə dron-tutucu göndərməyi planlaşdırır. Eyni zamanda, Rusiya qoşunlarının arxa cəbhədəki təchizat xətlərini vurmaq imkanına malik uzaqmənzilli silahların istehsalının artırılması nəzərdə tutulur.

Bu məqsədlərə artıq təsdiqlənmiş büdcə vəsaitindən ümumilikdə 1 milyard avro ayrılması planlaşdırılır. Bundan başqa, dağıdılmış elektrik stansiyalarının təmiri və bərpasına əlavə 350 milyon avro yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR