Türkiyənin zəlzələ baş verən bölgələrindən 811 min insan təxliyə edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib.
O qeyd edib ki, dövlət zəlzələ bölgələrində 100 min, lazım gələrsə, 200 min konteyner evi qurmaq niyyətindədir.