Bank Of Baku

Türkiyəli spiker: Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyirik

Türkiyəli spiker: Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyirik
# 24 oktyabr 2023 13:21 (UTC +04:00)

“Türkiyə Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyir”.

APA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Beynəlxalq Krım Platformasının 2-ci Parlament Zirvəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Krım tatarlarının haqlarının qorunması və yarımadada onların statuslarının gücləndirilməsi Türkiyə üçün son dərəcə önəmlidir.

“Bu müharibənin (Rusiya-Ukrayna müharibəsi - red.) dayandırılması Türkiyə üçün ən təməl prinsipdir. Türkiyə həm Ukraynanın haqlı mübarizəsini dəstəklədi, həm də müharibənin coğrafiyasının daha da genişlənməməsi üçün üzərinə düşəni edib”, - o vurğulayıb.

Numan Kurtulmuş onu da əlavə edib ki, Türkiyə Krımın, Ukraynanın digər ərazilərinin də Rusiya tərəfindən işğalını tanımır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR