Türkiyənin 47 vilayətində maliyyə cinayətlərinə yönəlik “Paravan” əməliyyatı keçirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, 6 aylıq işin nəticəsində 47 vilayətdə 490 şübhəliyə qarşı əməliyyat başladılıb, indiyədək 237 nəfər saxlanılıb.