Bank Of Baku

Ukrayna Aİ-dən maliyyə yardımının 9-cu tranşını alıb

Ukrayna Aİ-dən maliyyə yardımının 9-cu tranşını alıb
# 23 oktyabr 2023 13:39 (UTC +04:00)

Ukrayna Avropa İttifaqından maliyyə yardımının 9-cu tranşını alıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal "X" hesabında bildirib.

Onun sözlərinə görə, Ukrayna Aİ-dən 1,5 milyard avro məbləğində maliyyə yardımı alıb. "Aİ-nin maliyyə dəstəyi bizim iqtisadi cəhətdən güclü olmağımıza kömək edən ən mühüm amillərdən biridir. Ümumilikdə, Aİ-nin 2023-cü ildə Ukraynaya büdcə dəstəyi artıq 15 milyard avro təşkil edir", Baş nazir deyib.

Ukrayna hökumət başçısı Avropa Komissiyasının rəhbərliyinə onun ölkəsi ilə göstərdiyi həmrəyliyə görə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR