Ukrayna növbəti Almaniya istehsalı Iris-T SLM hava hücumundan müdafiə (HHM) sistemini alıb.
APA xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin rəsmi saytında bildirilib.
Məlumata əsasən, Ukrayna HHM sistemi və 16 ədəd idarə olunan raket əldə edib.
Bundan əvvəl isə Ukrayna ötən ilin oktyabrında ilk İris-T kompleksini alıb.
Həmçinin əlavə olunub ki, İsveç Almaniyaya 12 İris-T SLS kompleksi göndərib və hazırda onları Ukraynaya göndərmək üçün nəqliyyat axtarışı aparılır.