Bank Of Baku

Ukrayna Gürcüstan hava yolları şirkəti "Georgian Airways"ə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 01 iyul 2023 14:43 (UTC +04:00)

Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

APA UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.

Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti "Georgian Airways" də var.

Qeyd edək ki, "Georgian Airways" Rusiya Federasiyası ilə əlaqəni iyunun 15-dən bərpa edib.

Fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları olsa da, lakin Belarus və Gürcüstan vətəndaşları da var.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR