Bank Of Baku

Ukrayna hərbçiləri yaxın zamanda “Abrams” tanklarının təlimlərinə başlayacaq

Ukrayna hərbçiləri yaxın zamanda “Abrams” tanklarının təlimlərinə başlayacaq
# 21 aprel 2023 14:02 (UTC +04:00)

Ukrayna hərbçiləri yaxın zamanda “Abrams” tanklarının təlimlərinə başlayacaq.

APA xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına əsasən, Almaniyadakı təlim poliqonlarından birinə yaxın həftələrdə 31 ədəd tank gətiriləcək və sonra ukraynalı hərbçilər onların üzərində təlimə başlayacaqlar.

Həmçinin qeyd olunub ki, tanklar göndərilməzdən əvvəl texniki baxışdan keçməlidir.

O da əlavə olunub ki, Ukrayna hərbçilərinin Almaniyada təlim keçəcəyi tanklar, sonradan döyüşlərdə istifadə edilmək üçün Ukraynaya göndəriləcək tanklardan fərqlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR