Bank Of Baku

Ukrayna KİV: Rusiya hərbçilərinin bir qrupu Pokrovsk şəhərinə sızıb

Ukrayna KİV: Rusiya hərbçilərinin bir qrupu Pokrovsk şəhərinə sızıb
# 22 iyul 2025 12:14 (UTC +04:00)

Rusiya hərbçilərinin bir qrupu Pokrovsk şəhərinə sızıb.

APA xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri və “DeepState” analitik qrupu cəbhənin bu hissəsində yerləşən Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.

Şəhərdə möhkəmlənmək niyyətində olan Rusiya təxribat-kəşfiyyat qruplarının Pokrovsk (Donetsk vilayəti) ərazisinə sızdığı bildirilir.

Rusiya hərbçilərinin ilk qrupunun bir neçə gün əvvəl Pokrovska girdiyi qeyd olunur.

Məlumata görə, hazırda Ukrayna hərbçiləri diversiya qruplarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər görür.

Artıq aylardır ki, şəhərin kənarında döyüşlər gedir və Rusiya qoşunları hər gün ora hücum etməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR