Ukrayna Müdafiə Nazirliyi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Cənubi Koreyaya təhdidlərinə cavab verib.
APA xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyi xatırladıb ki, Rusiya ordusu Ukraynada Koreya müharibəsindən qalma tanklarından istifadə edir.
“Rusiya hakimiyyəti Cənubi Koreyanı hədələyib ki, Ukraynaya silahlar tədarük edilərsə, Rusiya da Şimali Koreyanı silahla təmin edəcək. Hazırda Koreya müharibəsi dövründən qalma T-54 tankları Rusiyadan Ukraynaya daşınır, gələcəkdə isə yəqin ki, Pxenyana T-34 tankları (red.- İkinci Dünya Müharibəsi dövründə istifadə olunan və 1958-ci ildən əvvəl istehsal olunmuş sovet tankı) daşınacaq”, - Nazirlik qeyd edib.