Bank Of Baku

Ukrayna MN Rusiyanın həftəlik itkilərini açıqlayıb

Ukrayna MN Rusiyanın həftəlik itkilərini açıqlayıb
# 02 aprel 2023 21:50 (UTC +04:00)

Ötən həftə Rusiya Ukraynada təxminən 4000 hərbçi və 224 hərbi texnika itirib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant Aleksandr Pavlyuk yayıb.

Generalın sözlərinə görə, martın 27-dən aprelin 2-dək Ukrayna hərbçiləri 23 tank, 39 zirehli döyüş maşını, 56 artilleriya sistemi, 5 reaktiv yaylım atəşi sistemi, 2 hava hücumundan müdafiə qurğusu, 51 avtomobil və 14 xüsusi təyinatlı texnikanı məhv edib.

Bundan əlavə, bir Rusiya təyyarəsi və 33 pilotsuz uçuş aparatı vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR