Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə tədricən irəliləyir. Əks-hücum başlayandan bəri Ukrayna hərbçiləri ölkənin cənubunda və şərqində təxminən 241 kvadrat kilometr ərazini işğaldan azad edə bilib.
APA-nın məlumatına görə, bunu telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Eyni zamanda, Malyar bildirib ki, düşmənin hücumunun əsas istiqaməti şərqdir. Onların əsas məqsədi Donetsk və Luqansk vilayətlərini, sonra isə bütün Ukraynanı ələ keçirməkdir.