Ukraynanın hava hücumundan müdafiə qüvvələri Xersonda Rusiyaya məxsus SU-35 qırıcısını vurub.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna HHM qüvvələrinin komandanlığı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, pilot katapult edərək xilas olub. Bundan əlavə, Rusiyaya məxsus 4 PUA da zərərsizləşdirilib.