Ukrayna Rusiyanın 9 dronunu vurub

Ukrayna Rusiyanın 9 dronunu vurub
# 26 fevral 2024 10:49 (UTC +04:00)

Rusiya ötən gecə Ukraynaya 14 pilotsuz uçuş aparatı və raketlərlə hücum edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalındakı paylaşımında bildirilib. Qeyd olunub ki, Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemləri Xarkov və Dnepropetrovsk vilayətləri üzərində Rusiyanın 9 pilotsuz uçuş aparatını və 3 idarə olunan raketini məhv edib.

Məlumata görə, Rusiya həmçinin Ukraynaya iki S-300 raketi, həmçinin bir hava-yer tipli X-31P raketi buraxıb.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR