Bank Of Baku

Ukrayna Rusiyaya cavab olaraq “Bayraktar”larla hərbi təlimlər keçirəcək

Ukrayna Rusiyaya cavab olaraq “Bayraktar”larla hərbi təlimlər keçirəcək
# 08 fevral 2022 13:20 (UTC +04:00)

Ukrayna ordusu Rusiyanın Ukraynanın şimal sərhədinə yaxın Belarus ərazisindəki təlimlərinə cavab olaraq fevralın 10-da hərbi təlimlərə başlayacaq.

APA “Reuters’’ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Ukrayna hərbçiləri davamlı olaraq müxtəlif təlimlərdə iştirak edirlər, lakin fevralın 10-dan “Bayraktar” pilotsuz uçuş aparatlarından (PUA) və xarici tərəfdaşların tədarük etdiyi tank əleyhinə “Javelin” və “NLAW” raketlərindən istifadə etməklə təlimlərə başlanılacaq.

Hərbi təlimlərin fevralın 20-dək davam etməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR