Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərinə yeni müavin təyin edib.
APA Ukrayna Prezidentinin saytına istinadən xəbər verir ki, bu barədə Prezident Zelenski müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Sergey Naumyuk Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini təyin edilib.
Ukrayna mətbuatının məlumatına görə, Sergey Naumyuk əvvəllər Ukrayna Milli Antikorrupsiya Bürosunun Baş Əməliyyat Bölməsinin 4-cü Əməliyyat Bölməsinin rəisi vəzifəsində çalışıb.