Bank Of Baku

Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib

Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
# 22 iyul 2026 19:52 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenksi Kiyevdə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlim üzrə xüsusi missiyasının komandanı, general-leytenant Kertis Bazzardla görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

O bildirib ki, görüşdə əsasən PURL təşəbbüsü çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün artırılması yolu ilə Ukrayna hava məkanının qorunması müzakirə olunub.

Zelenksi qeyd edib ki, Rusiyanın kütləvi zərbələri davam etdiyi üçün bu məsələ hazırda əsas prioritetdir.

Görüş zamanı ABŞ və Ukrayna arasında ikitərəfli müdafiə tərəfdaşlığı, o cümlədən ABŞ Prezidenti Donald Trampın Ankarada qəbul etdiyi Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi barədə qərarın icrası və tərəflərin üzərində işlədiyi “Drone Deal” layihəsi də nəzərdən keçirilib.

Bildirilib ki, sözügedən layihənin yaxın vaxtlarda yekunlaşdırılacağına ümid edilir.

Görüşün sonunda Kertis Bazzard Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR