Ukrayna və Bolqarıstan taxıl məsələsində birgə həll yolunu axtarır.
APA xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko ilə Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikolay Stoyanov arasında onlayn görüş zamanı bu məsələ müzakirə ediılib.
Tərəflər Ukraynadan Bolqarıstana taxıl və ərzaq məhsullarının idxalına 19 apreldə tətbiq edilən müvəqqəti qadağanı müzakirə ediblər.
Qeyd olunub ki, bu məsələ ilə bağlı Avropa İttifaqı Şurası və onun işçi qrupları səviyyəsində gələn həftə məsləhətləşmələr keçiriləcək.