Bank Of Baku

Ukrayna XİN rəhbəri Afrika ölkələrinə səfərə gedir

Ukrayna XİN rəhbəri Afrika ölkələrinə səfərə gedir
# 23 iyul 2023 13:11 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından sonra qlobal ərzaq böhranının kəskinləşməsi fonunda üçüncü dəfə Afrika qitəsinə səfər edəcək.

APA Ukrayna XİN-ə istinadən xəbər verir ki, iyulun 23-24-də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri səfərinə Ekvatorial Qvineyaya səfərlə başlayacaq.

Bildirilib ki, bu səfər iki ölkənin diplomatik münasibətləri tarixində ilk olacaq. Dmitri Kuleba Malaboda ölkə rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafı, ticarətin həcminin artırılması, Afrikada ərzaq təhlükəsizliyinin təmin edilməsi və prezident Vladimir Zelenskinin Sülh Formulunun dəstəklənməsinə dair danışıqlar aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR