Bank Of Baku

Ukrayna XİN: Rusiya qüvvələri AEBA missiyasının gedəcəyi dəhlizi güclü atəşə tutur

Ukrayna XİN: Rusiya qüvvələri AEBA missiyasının gedəcəyi dəhlizi güclü atəşə tutur
# 01 sentyabr 2022 11:10 (UTC +04:00)

Rusiya qüvvələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyasının Zaporojye AES-ə gedəcəyi dəhlizi güclü atəşə tutur.

APA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Olek Nikolenko "Twitter"də bildirib.

"Öhdəliklərini pozaraq, Rusiya ordusu AEBA missiyasının Zaporojye AES-ə getməli olduğu dəhlizi güclü atəşə tutur. Rusiya bu təhlükəli təxribatlarını dərhal dayandırmalı və AEBA-nın təhlükəsiz girişinə icazə verməlidir", Nikolenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR