Bank Of Baku

Ukraynada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

Ukraynada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb
# 26 iyul 2019 12:01 (UTC +04:00)

Ukraynada parlament seçkilərində səsvermənin hesablanması tam başa çatıb.
 
APA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi saytında məlumat yayılıb.

 Nəticələrə əsasən, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın Xidmətçisi” partiyası  43,16 faiz səslə qalib gəlib.
 
Ukrayna parlamentinə daha 4 partiya keçib: “Həyat uğrunda - müxalifət platforması” – 13,05 faiz, “Batkivşina” – 8,18 faiz, “Avropa Həmrəyliyi” – 8,10 faiz və “Səs” – 5,82 faiz.  
 
Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR