Bank Of Baku

Ukraynanın Nova Kaxovka SES-nin peyk təsvirləri yayılıb

Ukraynanın Nova Kaxovka SES-nin peyk təsvirləri yayılıb
# 22 iyun 2023 22:07 (UTC +04:00)

Ukraynanın Nova Kaxovka SES-nin su anbarının bəndinin dağıdılmasından əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk təsvirləri yayılıb.

APA CNN-ə istinadən xəbər verir ki, “Copernicus Sentinel-2” peyki tərəfindən çəkilmiş şəkillərdə SES-in su anbarının tam boşaldığı əks olunur. Fotolardan birincisi iyunun 5-də, ikincisi isə iyunun 20-də çəkilib.

Qeyd edək ki, iyunun 6-da su anbarının bəndinin partladılmasından sonra 47 nəfərin həlak olduğu, 28 nəfərin yaralandığı bildirilir. Tərəflərin bir-birini ittiham etdiyi hadisə eyni zamanda genişmiqyaslı ekoloji zərərə səbəb olub. Ukrayna Prezidentinin müşaviri Aleksandr Yermak Ukraynanın 50 min hektar meşə ərazisinin su altında qaldığını, azı 150 ton neft tullantısının Dnepr çayına axdığını bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR