Bank Of Baku

Ukraynanın təşəbbüsü ilə Qara Dəniz Təhlükəsizlik Konfransı keçiriləcək

Ukraynanın təşəbbüsü ilə Qara Dəniz Təhlükəsizlik Konfransı keçiriləcək
# 03 aprel 2023 18:07 (UTC +04:00)

Ukraynanın təşəbbüsü ilə Buxarestdə birinci Qara Dəniz Təhlükəsizlik Konfransı keçiriləcək.

APA Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans aprelin 12-13 tarixlərində Rumıniya ilə birgə keçiriləcək.

“Bu tədbir Krımın işğaldan azad edilməsinə, Qara dənizin, Avropanın və qlobal təhlükəsizliyin bərpasına yönəlmiş mexanizm olan Beynəlxalq Krım Platformasının bir hissəsidir. Konfrans Ukrayna Xarici İşlər Nazirliyi, Ukrayna Müdafiə Nazirliyi, Rumıniya Xarici İşlər Nazirliyi və Rumıniyanın Milli Müdafiə Nazirliyi tərəfindən Müdafiə Strategiyaları Mərkəzi (Ukrayna) ilə tərəfdaşlıq çərçivəsində baş tutacaq.

Konfransda Beynəlxalq Krım Platformasının iştirakçılarını təmsil edən xarici işlər və müdafiə nazirləri, beynəlxalq qurumların rəhbərləri, hökumət rəsmiləri və müstəqil ekspertlər iştirak edəcəklər. Onlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin Qara dəniz və Azov dənizi regionlarında və ondan kənarda təhlükəsizlik vəziyyətinə çoxölçülü təsirini təhlil edəcəklər, çağırışlara və təhdidlərə cavab vermək üçün mümkün strategiyaları, həmçinin regionda təhlükəsizlik sisteminin gələcək konfiqurasiyasının sütunlarını müzakirə edəcəklər”, - Ukrayna XİN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR