Kaxovka SES-i bərpa etmək mümkün deyil.
APA-nın Ukraynanın “Strana.ua” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ən böyük hidrogenetik “Ukrhidroenerqo” şirkətinin baş direktoru İqor Sirota rəsmi məlumat yayıb.
"Yeni stansiyanın tikintisi ən azı 5 il çəkəcək" - Sirota bildirib.
Baş direktorun sözlərinə görə, bunun üçün ən azı 1 milyard qrivna (təxminən 27 milyon dollar) lazımdır.