Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Çinə səfərindən öncə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışacaq.
APA xəbər verir ki, bunu Avropa Komissiyası İdarə Heyətinin mətbuat katibi Erik Mamer bildirib.
Qeyd olunub ki, Ursula von der Leyen 5-7 aprel tarixlərində Çinə səfər edəcək.
"Avropa Komissiyasının Prezidenti səfərə hazırlıq kontekstində bu gün Prezident Zelenski ilə də telefon danışığı aparacaq", - Mamer qeyd edib.
Xatırladaq ki, Ursula von der Leyen ilə birlikdə Fransa Prezidenti Emmanuel Makron da Pekinə gedəcək.