Bank Of Baku

Vaşinqton və Kiyev Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə başlayıb

Vaşinqton və Kiyev Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə başlayıb
# 04 avqust 2023 10:11 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Vaşinqton və Kiyevin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə başladığını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Ukraynanı indi və gələcəkdə müdafiə etməyə qadir qüvvələrlə təmin etmək, Ukraynanın hərbi institutlarının və sənayesinin səmərəliliyini və şəffaflığını dəstəkləmək, inkişaf etdirmək, həmçinin Kiyevin NATO və Avropa İttifaqına qoşulmaq istiqamətində irəliləməsinə töhfə verən islahatların həyata keçirilməsi ABŞ-ın diqqət mərkəzindədir“, - deyə bildirilib.

Xatırladaq ki, bir müddət öncə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Ukrayna və ABŞ-ın Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başladığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR