Bank Of Baku

Von der Leyen Avropa Komissiyasının rəhbəri postuna namizədliyi barədə qərar verməyib

Von der Leyen Avropa Komissiyasının rəhbəri postuna namizədliyi barədə qərar verməyib
# 17 aprel 2023 16:57 (UTC +04:00)

Ursula von der Leyen Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini yenidən irəli sürəcəyi barədə hələ qərar verməyib.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen bu gün Berlində jurnalistlərin suallarını cavablandıraraq deyib.

Ursula von der Leyen zamanı gələndə qərarını elan edəcəyinə söz verib.

AK rəhbəri qeyd edib ki, seçkilərin keçirilməsinə bir ildən çox vaxt var, lakin tarix hələ müəyyən edilməyib.

Xatırladaq ki, Ursula von der Leyen 2019-cu ilin 2 iyul tarixində AK prezidentliyinə namizəd seçilib və 16 iyulda Avropa Parlamentinin deputatları onun namizədliyinin lehinə səs verib (383 deputat-lehinə, 327- əleyhinə, 22 nəfər bitərəf qalıb).

Ursula von der Leyen bu vəzifəyə təyin edilən ilk qadındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR