Von der Leyen: Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya silah almaq üçün istifadə etməyin vaxtıdır

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

# 28 fevral 2024 13:27 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi təchizat almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Avropa Parlamentində çıxışında bildirib:

"Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən Ukraynaya hərbi texnika almaq üçün istifadə etmək barədə söhbətə başlamağın vaxtıdır. Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz məkana çevirmək üçün bundan daha güclü simvol və bu puldan daha böyük fayda ola bilməz".

Von der Leyen Aİ üçün müharibə təhlükəsinin "qaçılmaz ola biləcəyini, lakin eyni zamanda, qeyri-mümkün olmadığını" da deyib.

"Müharibə riskləri artırılmamalıdır, lakin onlara hazır olmaq lazımdır və bu, üzv dövlətlərin silahlı qüvvələrinin yenidən qurulması, hərbi arsenalının artırılması və modernləşdirilməsindən başlayır", - Ursula von der Leyen vurğulayıb.

Çıxışında von der Leyen Komissiyanın yaxın həftələrdə təqdim edəcəyi yeni Avropa Müdafiə Sənayesi Strategiyası barədə də danışıb və deyib ki, onun əsas məqsədlərindən biri birgə satınalmalara üstünlük vermək olacaq:
"Avropa döyüşlərdə qalib gələn yeni nəsil əməliyyat imkanlarını inkişaf etdirməyə və istehsal etməyə çalışmalıdır. Bu, növbəti beş ildə müdafiə sənayesi imkanlarımızı təmin etmək deməkdir".

Onun sözlərinə görə, Avropanın müdafiə sahəsində göstərdiyi səylər NATO-ya ehtiyacı azaltmayacaq: "Əslində, daha suveren Avropa, xüsusən də müdafiə sahəsində, NATO-nun güclənməsi üçün həyati əhəmiyyət kəsb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR