Bank Of Baku

Von der Leyen Rusiyanın Ukraynadakı cinayətlərini araşdıracaq məhkəmə yaradılmasını təklif edib

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 30 noyabr 2022 12:16 (UTC +04:00)

Avropa Komissiyası Rusiyanın Ukraynadakı cinayətlərini araşdırmaq üçün BMT tərəfindən dəstəklənən xüsusi məhkəmənin yaradılmasını təklif edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində bildirib.

“Rusiya suveren ölkəyə qarşı təcavüz cinayəti də daxil olmaqla törətdiyi dəhşətli cinayətlərin bədəlini ödəməlidir. Ona görə də, biz Beynəlxalq Cinayət Məhkəməsini dəstəkləməklə yanaşı, Rusiyanın təcavüz cinayətini araşdırmaq və mühakimə etmək üçün BMT tərəfindən dəstəklənən ixtisaslaşmış məhkəmənin yaradılmasını təklif edirik. Biz bu ixtisaslaşmış məhkəmənin mümkün qədər geniş beynəlxalq dəstək alması üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq”, - von der Leyen deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR