Bank Of Baku

Von der Leyen və Zelenski arasında telefon danışığı olub

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 04 aprel 2023 16:28 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Vladimir Zelenski rəsmi “Telegram” kanalında yazıb.

“Mən Avropa Komissiyasının sədri Ursula von der Leyenlə daim əlaqə saxlayıram. Buça sammitində iştirak etdiyinə görə ona təşəkkür etdim. Gələcəkdə birgə həyata keçirələcək beynəlxalq tədbirləri müzakirə etdik”, - Zelenski qeyd edib.

“Biz həmçinin Ukraynaya dəstəyin digər məsələlərinə, xüsusən də 11-ci sanksiyalar paketinin hazırlanmasının zəruriliyinə və Avropa Komissiyasının tövsiyələrinin icrasında əldə olunan irəliləyişlərə toxunduq”, - Ukrayna lideri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR