Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Ukraynadakı münaqişə çox dəyişib, xüsusən də Qərbin ikiüzlülüyünü hamıya göstərib.
APA xəbər veirir ki, bu barədə o, “Prva” telekanlına müshibəsində bildriib.
“O (İsveç xarici işlər naziri Tobias Billström) mənə müharibənin hər şeyi dəyişdiyini söylədi. Bəli, elədir, çox şey dəyişib və biz sizin hamınızın (Qərb) ikiüzlülüyün nə olduğunu anladıq”, - deyə o qeyd edib.
Serbiya lideri əlavə edib ki, bu gün Qərb beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun davranan Serbiyanı hədələyir.
Vuçiç onu da qeyd edib ki, Qərb ölkələrinin nümayəndələri Serbiyanı NATO-ya üzv olmağa çağırır və bunu Rusiyanın təhdidləri ilə əsaslandırırlar.