Bank Of Baku

“Time” jurnalı Angela Merkeli "İlin adamı" seçib

“Time” jurnalı Angela Merkeli "İlin adamı" seçib
# 09 dekabr 2015 14:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniya kansleri Angela Merkel ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, A. Merkelin bu ada layiq görülməsinin səbəbləri il ərzində siyasi, iqtisadi hadisələrin, eləcə də miqrant böhranı ilə bağlı tənqidlərin mərkəzində olması ilə əlaqədardır.

 

“İlin adamı” nominasiyasında Almaniya kanslerinin rəqibləri Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, İŞİD lideri Əbu Bəkr əl Bağdadi və ABŞ prezidentliyinə namizəd Donald Tramp olub.

 

Qeyd edək ki, ötən il “İlin adamı” tituluna “Ebola” virusu ilə mübarizə aparan şəxslər layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR