Bakı-APA. Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması üçün həm üçtərəfli format, həm də “Normand dördlüyü”nun fəaliyyəti vacibdir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) son iclasında çıxış edən Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer bəyan edib.
“Ukraynadakı nizamlanma prosesini qənaətbəxş hesab etmək olmaz, Minsk razılaşmaları yerinə yetirilməlidir. 2016-cı ildə nizamlanma üçün həm üçtərəfli format, həm də “Normand dördlüyü”nun fəaliyyəti vacibdir”, deyə Ştaynmayer bildirib.