Bank Of Baku

Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb

Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb
# 16 iyun 2016 03:36 (UTC +04:00)

Bakı - APA. “John Lethbridge” axtarış gəmisi Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus A 320 təyyarəsinin yeni qalıqlarını tapıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq qəza ilə bağlı istintaq aparan müstəntiqlərə müvafiq fotoşəkillər göndərilib. Bundan sonra “John Lethbridge”-dəki mütəxəssislər ərazinin xəritəsini tərtib edəcəklər.

 

“Egypt Air” aviaşirkətinə məxsus A 320 tipli sərnişin təyyarəsi Paris-Qahirə reysi ilə hərəkət edərkən mayın 19-da radarlardan itib. Təyyarədə 66 nəfər olub.

 

Mayın 20-də Misir hökuməti tǝyyarǝyǝ mǝxsus qalıqların İsgəndəriyyə şəhərindən 290 km aralıda tapıldığını açıqlamışdı. Həmçinin, sərnişinlərin meyitləri və şəxsi əşyaları aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR