Bakı. Zümrüd Paşayeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Ukrayna və Rusiya arasında humanitar yardımın çatdırılması barədə razılaşmanın qanun çərçivəsində həyata keçirilmədiyindən təəssüfünü ifadə edib.
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, D. Burkhalter tərəfləri təmkinli olmağa və regionda vəziyyəti gərginləşdirə biləcək istənilən hərəkətdən çəkinməyə çağırıb.
Humanitar yardımın beynəlxalq prinsiplər çərçivəsində, Ukraynanın suverenliyinə tam hörmət əsasında çatdırılmasını vacibliyini vurğulayan ATƏT sədri humanitar konvoyun yenidən əməkdaşlığa yardım edə bilmə imkanının olduğunu qeyd edib.
Ukraynanın şərqində mülki əhalinin getdikcə ağırlaşan vəziyyətdə yaşadığını qeyd edən ATƏT sədri humanitar yardımların əməkdaşlıq şəraitində, qanuni əsaslarla bu insanlara çatdırılmasının vacibliyini vurğulayıb.
D. Burkhalter qeyd edib ki, ATƏT öz mandatı və imkanları daxilində regionda yardıma möhtac olan insanlara dəstək vermək üçün fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsinin səylərini dəstəkləməyə davam edəcək.