Bank Of Baku

Avropa Komissiyasının rəhbəri Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırıb

Avropa Komissiyasının rəhbəri Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırıb
# 04 iyul 2017 15:02 (UTC +04:00)

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb.

 

Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib.

 

Öz növbəsində Yunker Tacanini “boşboğaz” adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR