Bank Of Baku

Fransa prezidenti: “Rusiyanın Avropa Şurasında qalmasını istəyirik”

Fransa prezidenti: “Rusiyanın Avropa Şurasında qalmasını istəyirik”
# 25 may 2018 15:23 (UTC +04:00)

”Fransa Rusiyanın Avropa Şurasının tərkibində qalmasını istəyir”.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib. 
 

“İstərdim ki, Rusiya Avropa Şurasında qalsın. İstəyirəm ki, bir çox məsələlərdə, iqtisadiyyat, sosial və müdafiə sahəsində strateji dialoqumuz yeni dinamika qazansın”, - deyə o qeyd edib. 
 

E. Makron Fransa-Rusiya əməkdaşlığının perspektivlərindən də danışıb. Onun sözlərinə görə, Fransa ilə Rusiya birgə əməkdaşlığın effektivliyini davam etdirmək üçün “Yol xəritəsi” üzərinə işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR