Bank Of Baku

Fransada bina çöküb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Fransada bina çöküb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb
# 31 avqust 2014 19:39 (UTC +04:00)

Bakı-APA. Fransanın paytaxtı Parisin yaxınlığında bina çöküb.

 

APA-nın Fransa KİV-ə istinadən verdiyi məlumata görə, bina partlayış nəticəsində dağılıb.

 

Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır, yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.   

 

Dağıntıların altında daha 5 nəfərin də qaldığı ehtimal edildiyi üçün xilasedicilər qrupu  fəaliyyətini davam etdirir.

 

Partlayışın dəqiq səbəbi bilinmir. Hadisə yerinə gəlmiş Fransa daxili  işlər naziri Bernard Cazeneuve ilkin ehtimal kimi kustar üsulla çəkilmiş qaz xəttindən sızma ola biləcəyini istisna etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR