Bank Of Baku

Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar

Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar
# 03 iyul 2017 01:13 (UTC +04:00)

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində  baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “La Provence” qəzeti yazıb.


Məlumata əsasən, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər  yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR