Bank Of Baku

Fransanın cənubunda silahlı insident baş verib, ölən və yaralananlar var

Fransanın cənubunda silahlı insident baş verib, ölən və yaralananlar var
# 03 iyul 2017 23:45 (UTC +04:00)

Fransanın cənubunda, Tuluza şəhərində baş verən silahlı insident nəticəsində azı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletli iki naməlum silahlı bir qrup insana atəş açaraq aradan çıxıblar.

 

Nəticədə bir nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR