Bank Of Baku

Gürcüstanda milli azlıqlar ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Gürcüstanda milli azlıqlar ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir
# 26 iyul 2017 09:47 (UTC +04:00)

ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, nəticələrə əsasən, rəyi soruşulanların 77 faizi ölkənin Avropa İttifaqına (Aİ) qoşulmasına tərəfdardır, 16 faiz isə bunun əleyhinədir.

 

Milli azlıq nümayəndələrinin 53 faizi ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyir, 15 faiz dəstəkləmir,  30 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

 

Rəyi soruşulanların 66 faizi Gürcüstanın NATO-ya üzv olmasının lehinə, 23 faizi isə əleyhinədir.

 

Gürcüstanın milli azlıqları arasında rəyi soruşulanların 29 faizi ölkənin NATO-ya üzvlüyünün lehinə, 29 faiz əleyhinədir. 41 faiz isə suala cavab verə bilməyib.

 

Sorğuda 2 261 respondent iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR